AZ

Qarabağdan qaçmış ermənilər sürətlə Ermənistanı tərk edirlər... - NƏ BAŞ VERİR?

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun keçirtdiyi uğurlu antiterror əməliyyatından sonra indi Xankəndi başda olmaqla Qarabağımızın bütün yaşayış məntəqələrində Azərbaycan Bayrağı dalğalanır. Biz üç il idi ki, Qarabağdakı erməni toplumuna Azərbaycana reinteqrasiya edin, vətəndaşlığımızı qəbul edib, qanunlarımızın tələbləri çərçivəsində burada yaşayın deyirdik. Azərbaycan Prezidenti dəfələrlə Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşı olduğunu bəyan etdi. Lakin on illər boyu beyni “miatsumla” yuyulmuş məkirli erməni toplumu bunu nə eşitdi və nə də buna əməl etdi. Heç şübhəm yoxdur ki, antiterror əməliyyatından sonra dabanına tüpürüb Ermənistana qaçan, qanı separatizmlə zəhərlənmiş bu ermənilərin heç biri geri qayıdıb o torpaqlarda yaşamaq istəməyəcək. Onların hamısı 30 ildə Qarabağ torpaqlarımızda tökülən qanların, soydaşlarımıza qarşı edilən haqsızlıqların birbaşa və ya dolayı iştirakçılarıdırlar. Bu 30 ildə ən azından hər ailədən bir nəfər əlinə silah götürüb, bizə qarşı döyüşüb. Bunu gizlətmək mümkün deyil və bu faktların üstünün gec-tez açılacağını Qarabağdan qaçmış hər bir erməni çox yaxşı bilir. Onlar Azərbaycana, azərbaycanlılara olan potoloji nifrətlərindən dolayı, ən azından bu gerçəklərə görə geri qayıtmağa risk etməyəcəklər. Əldə olunun məlumatlara görə Paşinyan hakimiyyətinin bütün səylərinə baxmayaraq, Azərbaycan Ordusunun antiterror əməliyyatlarından sonra Qarabağdan qaçmış ermənilərin artıq 8 min nəfərdən çoxu Ermənistanı tərk edərək, üçüncü ölkələrə gediblər və bu prosses sürətlə davam edir. Ermənilər son dəfə Qarbağ adından “yararlana” biləcəklər. Getdikləri ölkələrdə “Qarabağ qaçqınıyıq” deyib, Qarabağ adından istifadə edərək ,sığınacaq alacaqlar. Olsun, onlara son dəfə Qarabağdan belə istifadə etmək qismət oldu. Azərbaycan hökuməti bu gün erməni vandallarının 30 ildə daşı-daş üstündə qoymadıqları Qarabağ torpaqlarımızda geniş quruculuq işləri aparır və o torpaqlardan vaxtılə qovulmuş insanları öz ata-bab yurdlarına qaytarır. İndi hökumətin qarşısında erməni toplumunun dünənə qədər yaşadığı Xankəndi, Ağdərə, Xocalı, Xocavənd, Hadrut və digər yaşayış məntəqələrinin məskunlaşdırılması kimi mühüm bir vəzifə var. Bu necə baş verəcək? Öncə onu deyək ki, ermənilərin Qarabağ torpaqlarımızda qoyub getdikləri qeyri yaşayış və yaşayış binalarının böyük əksəriyyəti Sovet Azərbaycanı dönəmində Azərbaycan büdcəsinin vəsaitləri hesabına inşa olmuş tikililərdi. Qarabağ torpaqlarımızın işğalından sonra ermənilərin o ərazilərdə tikdikləri yaşayış və qeyri yaşayış binalarına gəlincə isə demək lazımdır ki, ermənilər 30 ildə Azərbaycan dövlətinə və onun vəyəndaşlarına indi qoyub getdikləri tikililərin və mənzillərin dəyərindən yüz dəfələrlə artıq ziyan vurmuşdular. Yəni biz bu məsələdə heç nədən çəkinməməliyik. Bu məsələdə haq da hüquq da bizim tərəfimizdədi. Ermənistan bir dövlət olaraq bu gün ordusunun Qarabağ torpaqlarımızda 30 ildə törətdiyi cinayətlərin – yüzlərlə yaşayış məntəqəsinin yerlə yeksan edilməsinin, bütün infrastrukturun dağıdılmasının müqabilində Azərbaycan hökuməyinə yüz milyardlarla dollar təzminat ödəmək zorundadır. Bunu beynəlxalq hüquq ondan tələb edəcəkdir! Ona görə də bütün hallarda Ermənistan Qarabağ torpaqlarımızda mənzillərini qoyub getmiş ermənilərə kompensasityanı öz büdcəsinbdən ödəməlidir.İndi əsas vəzifəmiz antiterror əməliyyatlarından sonra “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində erməni toplumunun Xankəndində, Ağdərədə, Xocalıda, Xocavənddə, Hadrutda və digər yaşayış məntəqələrində qoyub getdikləri mənzillərə ilk növbədə vaxtılə o torpaqlarda evlərini tərk edib qaçmış insanlarımızın qayıdışını təmin etməkdir. Fikrət Yusifovİqtisad elmləri doktoru, professor

Seçilən
666
50
dia.az

10Mənbələr