AZ

Qazaxıstanda hərbi hissədə üç nəfər qazdan zəhərlənərək ölüb

Qazaxıstanın Arıs şəhərindəki hərbi hissələrdən birində üç nəfər qazdan zəhərlənərək ölüb, bir nəfər isə xəstəxanaya çatdırılıb.

APA-nın “tengrinews”a istinadən xəbərinə görə, hadisə hərbi hissənin kanalizasiya xəttinin təmizlənməsi zamanı baş verib.

İlkin məlumata əsasən, onlar quyunun içərisinə yıxılan fəhləni xilas etmək istəyərkən, ehtiyatsızlıqdan özləri də həmin quyuya düşüb.

Həkimlər xəstəxanada müalicə alan şəxsin vəziyyətini stabil ağır olaraq qiymətləndirir.

Seçilən
152
16
apa.az

10Mənbələr