EN

Günün qoroskopu: yetərincə mürəkkəb gündür

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - asan gün deyil. Ən mühüm məsələ yaxın ətrafınızdakı insanlarla münasibətləri aydınlaşdırmaqdır. Etibar edə biləcəyiniz insanın kim olduğunu anlamağa çalışdın. Yeni müttəfiqlər aramağa dəyməz. Yanlışlıq və səhv riski böyükdür.

Günün ikinci yarısında insanların dəyərləndirilməsinə emosiyaların hökmü ilə qərar verməyin. Sınanmış müttəfiqlər və tərəfdaşların yardımlarına bel bağlamaq olar. Amma unutmayın ki, ən çətin anlarda işləri təkbaşına görməli olacaqsınız.

Yaxınlarınızın qayğı və diqqətinə ehtiyacınız var. Laqeydlik münasibətlərdəki incikliyə, problemlərə səbəb ola bilər. Təşəbbüskar olun. Axşam saatlarında ailə üzvləri və yaxınlarla istirahət edin.

Buğa - müsbət təmayüllərin təsiri az deyil. Gün uğurludur. Rəqibləri üstələyin. Bədxahları geridə qoyaraq məqsədə doğru sürətlə irəliləyin. Kiçik və önəmsiz məsələlərdə güzəştə getmək olar. Önəmli və həqiqətən də, mühüm məsələlərdə isə zərrə qədər geri çəkilməyin. Məqsədə çatmaq üçün bütün vasitələrdən istifadə edin.

Günün ikinci yarısı ünsiyyət və təmaslar üçün əlverişlidir. Tanışlıq istisna deyil. Dəvət aldığınız tədbirə axşam saatlarında yollanın. Diqqət mərkəzində olacaqsınız.

Əkizlər - çətinliklərin sayı az deyil. Problemlər əhvalınızı korlayacaq. Yaxın ətrafınızdakı insanlarla münasibətləri korlamayın. Sərt tənqidlər və iradlar zamanı deyil. Diskomfort situasiyada təmkininizi itirməyin. Dəyişikliklər etməyin mümkün olduğu sahələri bəlirləyin.

Günün ikinci yarısında soyuqqanlı davranın. Şayiələrə və dedi-qodulara fikir verməyin. Aldığınız hər xəbəri yoxlayın. Bədxahlarla rəqiblər sizi aldatmağa, fırıldaqlarına qurban etməyə çalışacaqlar. Düşünülməmiş addımlar atmayın.

Xərçəng - peşəkar fəaliyyət sahəsində problemlərə yol verməməyə çalışın. Diqqəti işə yönəldin. Səhvləri sıralamayın, emosional davranmayın. İşdə həmkarlar, özəl fəaliyyət müstəvisində tərəfdaşlar və dostlar yaxşı məsləhətlər verəcəklər.

Yalnız öz intuisiyanıza güvənməyin. Belədə kobud səhvə yol verə bilərsiniz.

Günün ikinci yarısında sövdələşmə və anlaşmalar məsləhət deyil. Yeni layihələrə başlamayın. Bir zaman sizi aldadan, yalan danışan insanla əməkdaşlığı bərpa etməyin.

Axşam saatlarında tənbəllik etsəniz, əhvalınızın yaxşılaşacığını düşünməyin. Özünüzə maraqlı məşğuliyyət tapın.

Şir - çətinliklərdən xali olmayan gündür. Müşküllərə rəğmən əhvalınızı qoruyun. İşlər məcradan çıxarsa, bədbinliyə qapılmayın. Nikbinlik və təmkin sizi tərəfdaşların nəzərində daha səbatlı, etibarlı insana çevirəcək. Sizi tərifləyəcəklər.

Günün ikinci yarısında işdə münasibətlərin normallaşması istisna deyil. Yeni münasibətlər formalaşa bilər.

İşgüzar görüşlər pis keçməyəcək. Dedikləri və mövqeyi sizə önəmli olan insanlarda özünüzlə bağlı xoş təəssürat yaratmağa çalışın. Sərfəli anlaşmalar ola bilər. Nəqliyyat vasitəsi almaq olar.

Qız - ən mürəkkəb məsələlərin həlli üçün əlverişli gündür. Yaşananları, ətrafınızda baş verənləri diqqətlə müşahidə edin. Başqalarının gördükləri, amma fikir vermədikləri faktlarla olaylar nəzərinizdən yayınmasın. Önəmli qərar qəbul etməzdən əvvəl yaxınlarınızla məsləhətləşin. Başqalarının təcrübəsi sizi yeni səhvlərdən qoruya bilər.

Günün ikinci yarısında yeni tanışlıqlar istisna deyil. Təmaslarda diqqətli olun. Çoxları sizinlə müzakirələr apara bilər. Fəqət dil tapa biləcəyiniz insan az olacaq. Yaradıcılıq üçün münasib zamandır. Yeniliklər və dəyişikliklər üçün yaranmış şansı əldən verməyin.

Yaşamınızdakı rutinlikdən qurtulun.

Tərəzi - ən ağır işlərə başlaya bilərsiniz. Çətinliklərin öhdəsindən gələcəksiniz. Peşəkar fəaliyyət müstəvisində uğurlara nail olmaq istəyirsinizsə, nüfuzlu insanlarla təmaslarınızdan və əlaqələrinizdən faydalanın. Həmin adamlar sizə dəstək ola bilərlər. Gəlirlər çox olmayacaq. Amma bu pullar sizi sevindirəcək.

Rəğbət bəslədiyiniz insanlara günün ikinci yarısında qayğı göstərin, onlarla həssas davranın. Amma ifrata varmayın. Planlaşdırılmamış səfər və ya səyahətə yollanmayın. Xoşagəlməz hadisələr istisna deyil.

Əqrəb - diqqətli davranın, yeni rəqib və düşmən qazanmayın. Yaxın ətrafınızdakı insanlarla sərt, aqressiv davranmayın. Sözləriniz dəyər verdiyiniz insanı küsdürməsin. Tərəfdaş və müttəfiqlərin bəziləri ilə fikir ayrılıqları yarana bilər.

Onlarda sizə inamsızlıq yaranıb.

Günün ikinci yarısında maliyyə məsələlərini həll etmək məsləhət deyil. Pullarınızı məntiqlə xərcləyin.

Axşam saatlarında sevdiyiniz insanla ünsiyyətdə olun, birlikdə istirahət edin. Travma riski az deyil. Avantüra və ya macəra aramayın.

Oxatan - sakit, rəvan gündür. Günün ilk yarısında xoş xəbər, dəyərli məlumat ala bilərsiniz. Yaranan problemləri dostlar və həmfikirlərlə müzakirə edin. Aktual məqamları təhlilə uğratmaq məsləhətdir.

Yeni müttəfiqlər, bundan sonra çətinliklərin dəf olunmasında yardım ala biləcəyiniz insanlarla tanış ola bilərsiniz.

Günün ikinci yarısında yaxınlarınız və xüsusilə də yaşlı qohumlarla təmaslara xüsusi diqqət verin.

Bilik və bacarıqların artırılması, informasiya mübadiləsi, dünyagörüşün genişləndirilməsi üçün yaxşı vaxtdır. Axşam saatlarında yaxınlarınızla söhbət əhvalınızı yaxşılaşdıracaq. Sevdiyiniz insanı sevindirin.

Oğlaq - günün ilk yarısında qarışıqlıqlar və anlaşılmazlıqlar, çoxsaylı xoşagəlməz hadisələr yaşanacaq. İşlərinizdə izahı çətin gecikmələr və ləngimələr var. Baş verən olayları anlamağa, onların mahiyyətini dərk etməyə çalışın. Amma diqqətli olun - səyləriniz hədər getməsin.

Günün ikinci yarısının maliyyə fonu uğurlu deyil. Anlaşma, razılaşma və sövdələşmələr gəlir gətirməyəcək. Yaxınlarınız və dostlarınıza bel bağlaya bilərsiniz. Yaxınlarınız sizi dinləyəcək, məsləhət verəcək, yardım edəcəklər. Yola çıxmaq, harasa yollanmaq məsləhət deyil. Axşam saatlarını evdə keçirin. Vaxtınızı sevdiyiniz işə həsr edin.

Dolça - yetərincə mürəkkəb gündür. Amma uğur qazanmaq şansı var. Hər şey müttəfiq, şərik və ya tərəfdaş seçimindən asılıdır. Təsadüfi insanların mənasız məsləhətlərinə qulaq asmayın. Yeni tanışlarla təmaslarda ehtiyatlı olun. Etibara əsla layiq olmayan insanlara inanmayın.

Günün ikinci yarısında ev işləri və məişət qayğılarının çözülməsi xeyli vaxt tələb edir. Problemlərin hamısını müstəqil həll etməyə çalışmayın. Yaxınlarınızdan yardım istəyə bilərsiniz. Gəlirlər istisna deyil. Planlaşdırılmamış alış-verişə qapılmayın. Bahalı əyləncə məsləhət deyil. Səfər uğursuz alınacaq.
 

Balıqlar - bir sıra məqamlar baxımından əlverişli gündür. Peşəkar fəaliyyət sahəsi də istisna deyil. Nə istədiyinizi, nəyə can atdığınızı dəqiqləşdirin. Şərtlərə rəğmən, məqsədə doğru əzmlə irəliləyin. Yeni tanışlarda özünüzlə bağlı xoş təəssürat yaratmağa çalışın.

Günün ikinci yarısı səfər və ya səyahət üçün əlverişlidir. Maraqlı işgüzar təklif alacaqsınız. İntizamlı, diqqətli olun. Vaxtınızı hədər yerə sərf etməyin.
 

Milli.Az

Chosen
308
50
milli.az

10Sources