EN

Prezident İlon Maska qarşı çıxdı: Dünya ona dözmək məcburiyyətində deyil

Braziliya prezidenti Lula da Silva sosial media platforması “X” şirkətinin sahibi İlon Maskın fikirlərinə reaksiya verib.

Publika.az xəbər verir ki, o bu barədə “CNN Brazil” televiziyasına açıqlamasında danışıb.

Prezident Braziliya məhkəmə sisteminin “X”-ə girişi qadağan edərək əhəmiyyətli bir mesaj verdiyini iddia edib: "Dünya, Mask zəngin olduğu üçün onun ifrat sağçı baxışlarına dözmək məcburiyyətində deyil".

Braziliyada Ali Məhkəmə keçmiş prezident Jair Bolsonaroya qarşı çevriliş cəhdi istintaqı çərçivəsində “X”-dən bəzi insanlar haqqında məlumat verməsini və bəzi hesabları bloklamasını tələb edib. Tələb rədd edildikdən sonra məhkəmə “X”-ə ölkədə qanuni nümayəndə təyin etmək üçün 24 saat vaxt verib.

Lakin şirkət ayrılan vaxt ərzində bunu etmədiyi üçün Ali Məhkəmə “X”-ə giriş qadağası qoyulduğunu elan edib.

Chosen
106
9
publika.az

10Sources