EN

“Lənkəran”dan növbəti transfer

"Lənkəran" heyətini yeni basketbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, klub 20 yaşlı basketbolçu Varid Ağasızadəni heyətinə qatıb.

Bunu cənubluların mətbuat xidməti açıqlayıb. Onunla 1 illik müqavilə imzalanıb. Oyunçunun son klubu "Sərhədçi" olub.

176 sm boya malik Varid oyun qurucusudur. Ağasızadə həm də Azərbaycanın U-20 millisinin üzvüdür.

Qeyd edək ki, “Lənkəran” bundan əvvəl Azərbaycanın U-18 və U-20 millilərinin basketbolçusu Rəşid Abbasov və amerikalı Qreqory Miltonu heyətinə qatıb.

"Şəki"də yeni basketbolçu

“Abşeron”un baş məşqçisi bəlli oldu

"Sumqayıt" 3 oyunçu ilə müqavilə imzaladı

Amerikalı basketbolçu Bakı klubunda

NTD-də iki yeni basketbolçu

Chosen
52
2
apasport.az

10Sources