EN

Macarıstanda siyasi qalmaqal: Orban öz müşavirini tənqid etdi

Macarıstanın baş naziri Viktor Orban müşaviri Balaş Orbanı 1956-cı il Sovet işğalına müqavimət göstərməsəydi, ölkənin daha yaxşı vəziyyətə düşəcəyini söylədiyi üçün tənqid edib.

HİT.az xəbər verir ki, baş nazir milli radioda belə həssas məsələlərin çox diqqətlə və aydın şəkildə müzakirə edilməli olduğunu bildirib. 

"Mənim siyasi direktorum qeyri-müəyyən bəyanat verib, bu səhvdir, çünki cəmiyyətimiz 1956-cı il inqilabına əsaslanır, ondan böyüyüb. Keçmişdə olduğu kimi, Macarıstan həmişə özünü müdafiə edəcək", deyə Macarıstanın baş naziri bildirib.

Onun müşavirinin bəyanatı həm Macarıstan müxalifəti, həm də kütləvi informasiya vasitələrinin hiddətinə səbəb olub. Müxalifətçi Peter Maqyar hesab edir ki, Balaş Orbanın ölkənin ictimai həyatında yeri yoxdur, çünki o, öz sözləri ilə minlərlə macar azadlıq mübarizlərinin xatirəsini alçaldıb.

Orbanın müşaviri özü "Facebook" səhifəsində bəyanat dərc edərək, onun sözlərini qəsdən yanlış şərh edildiyini bildirib. Syasətçi əmin edir ki, onun üçün 1956-cı ilin qəhrəmanları milli qəhrəmandır və onların xatirəsi müqəddəsdir.

Qeyd edək ki, Balaş Orban son müsahibəsində Ukrayna prezidenti Volodimir Zelenskinin rus qoşunlarına müqavimət göstərmək qərarını məsuliyyətsizlik adlandırıb.

Onun sözlərinə görə, macarlar 1956-cı ildə baş verənlərə əsaslanaraq bunu tövsiyə etməzdilər. Söhbət ildönümü Macarıstanda ən mühüm milli günlərdən biri olan antisovet üsyanından gedir.

Samir
 

Chosen
62
18
hit.az

10Sources