EN

Pezeşkian Rusiyanı “İsrailin cinayətləri” ilə daha fəal mübarizə aparmağa çağırıb

İran prezidenti Məsud Pezeşkian Rusiya lideri Vladimir Putinlə Aşqabadda keçirdiyi görüşdə Rusiyanı İsrailin Livan və Qəzza zolağında dinc əhalinin kütləvi ölümünə səbəb olan hərəkətlərinə daha fəal müqavimət göstərməyə çağırıb.

TASS bu barədə İran liderinin mətbuat xidmətinə istinadən xəbər verir.

“Biz regiondakı məsələləri müzakirə etdik, yəni sionist rejimin Livan və Qəzza zolağında qadınlara və uşaqlara qarşı törətdiyi cinayətlərlə bağlı Rusiyanın daha fəal rol oynaması haqqında”, – Pezeşkian bildirib.

Bundan əvvəl Putin və İran prezidenti Aşqabadda danışıqlar aparıblar.

Sonradan məlum olub ki , Putin İran prezidentini Rusiyaya rəsmi səfərə dəvət edib.

Daha sonra Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Pezeşkyanın Rusiyaya səfərinin vaxtı diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.

Mənbə TASS

Chosen
127
11
dogru.az

10Sources