EN

Fransanın dövlət borcu ÜDM-in 112 faizinə çatır

Bakı. Trend:

Fransanın dövlət borcu ikinci rübün sonunda ümumi daxiliməhsulun (ÜDM) 110,5 faizindən 112 faizinə yüksəlib.

Trend xəbər verir ki, buhaqda Fransanın Milli Statistika və İqtisadi Araşdırmalar İnstitutu(İNSEE) məlumat verib.

Milli Statistika İnstitutunun məlumatına görə, ölkənin səhiyyəböhranından başlayaraq, kütləvi şəkildə artan dövlət borcuaprel-iyun ayları arasında 68,9 milyard avro artaraq 3,228,4milyard avroya çatıb.

İkinci rübdə qeydə alınan artım, əsasən dövlət borcunun (+69,9milyard avro) artması hesabına baş verib. Sosial təminatidarələrinin borcu 4 milyard avro artıb. Digər tərəfdən, müxtəlifmərkəzi idarəetmə orqanlarının borcu 4,7 milyard avro, yerli dövlətidarələrinin borcu isə 0,3 milyard avro azalıb.

Baş nazir Mişel Barnyenin yeni hökuməti aylardır gözlənilən2025-ci il üçün büdcə layihəsini oktyabrın ikinci həftəsində təqdimetməyi öhdəsinə götürüb. Bu layihədə əsasən dövlət maliyyəsinigücləndirmək üçün dövlət xərclərinin azaldılmasını tətbiq etməyi,eləcə də ən varlı və iri bizneslərə yönəldilmiş vergilərinartırılması nəzərdə tutulur.

Mayda “S&P Global Ratings” kredit reytinq agentliyiavrozonanın ən pis göstəricilərindən birinə sahib olan Fransanınsuveren reytinqini aşağı salıb. İfrat büdcə kəsirinə görə AvropaKomissiyası Parisə qarşı prosedur tətbiq edib.

Chosen
73
3
az.trend.az

10Sources