EN

Qazaxıstanda ölkənin ən uzun avtomobil körpüsü açılıb

Qazaxıstanda ölkənin ən uzun avtomobil körpüsü açılıb

Qazaxıstanda ölkənin ən uzun avtomobil körpüsünün tikintisinin başa çatdırıldığı və nəqliyyatın hərəkətinə açıldığı bildirilib.Qazaxıstan baş nazirliyindən verilən məlumata görə, baş nazir Oljas Bektenov Şərqi Qazaxıstan vilayətində Buxtırma bəndi üzərində inşa edilən ölkənin ən uzun körpüsünün açılış mərasimini keçirib.Bektenov tikintisinə 2020-ci ildə başlanılan və hazırda başa çatdırılaraq istifadəyə verilən körpünün bölgədəki 6 rayon və 2 dövlət mərkəzini birləşdirdiyini bildirib.Uzunluğu 1316 metr olan ikizolaqlı körpüdən sutkada 80 minə yaxın avtomobil keçə biləcək.Mənbə: AA

Chosen
54
50
afn.az

10Sources