EN

Blinken: Rusiya Moldovada prezident seçkilərinin ikinci turuna təsir edə bilər

Moskva Moldovada prezident seçkilərinin ikinci turuna təsir göstərməyə cəhd edə bilər...

Poliqon xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib. Bu barədə TASS Agentliyi Blinkenin dərc olunmuş bəyanatına istinadən xəbər verir.

Dövlət katibinin sözlərinə görə, Vaşinqton noyabrın 3-də keçiriləcək prezident seçkilərinin ikinci turu ərəfəsində Rusiyanın Moldova vətəndaşlarının öz liderlərini seçmək suveren hüquqlarından istifadə etməsinə yenidən mane olmağa çalışacağından narahatdır. Blinken Moldova xalqını “təhlükəsizlik, firavanlıq və demokratik gələcəyə” can atan xalq adlandırıb və ABŞ-ın müttəfiqləri və tərəfdaşları ilə birlikdə bu işdə onları dəstəklədiyini vurğulayıb.

Dövlət katibi Moldova hökumətinin və Mərkəzi Seçki Komissiyasının fəaliyyətini bəyəndiyini bildirib, onların seçkilərdə yaxşı təşkilatçılıq və rəqabəti təmin etdiyini bildirib.

Poliqon.info

Chosen
53
6
poliqon.info

7Sources