EN

Arsen Venger: “Erlinq Haland əsl yırtıcıdır”

“Arsenal”ın keçmiş baş məşqçisi Arsen Venger “Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haland haqda fikrini paylaşıb.

Arena.az fransalı mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Erlinq Haland əsl yırtıcıdır. Onun qatil duyğusu, zaman hissi var. O, möhtəşəm qollar vurur, sol ayağı ilə topa nəzarət edir, sağ ayağı ilə isə qol vurur.

Bundan əlavə, Haland futbolda hələ də yenidir. Keyfiyyətlərinə, müstəsna keyfiyyətlərinə görə deyil, Halandın daha 13-14 il oynayacağına görə. Bunu sadəcə bir təsəvvür edin!”, deyə Arsen Venger valehliklə vurğulayıb.

Xatırladaq ki, Erlinq Haland “Mançester Siti”yə 2022-ci ilin iyulunda 60 milyon avro məbləğ müqabilində Dortmund “Borussiya”sından keçib. Norveçli hücumçunun İngiltərə klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Haland “şəhərlilər”in heyətində bütün yarışlarda 13 oyuna çıxıb, 14 qol vurub. Erlinqin “Mançester Siti”nin heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 111 oyun, 104 qol, 14 məhsuldar ötürmə.

Haland “Mançester Siti”də ilk mövsümündəcə İngiltərə Premyer Liqasının, İngiltərə Kubokunun, UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun və FIFA Klub Dünya Kubokunun qalibi olmuşdu. Geridə qalmış mövsümdə isə “qolçu vikinq” ardıcıl ikinci dəfə İngiltərə çempionluğunu qazanıb. Haland yeni mövsümə də İngiltərə Super Kubokunu qazanmaqla başlayıb.

Erlinq Haland 2019-cu ilin sentyabr ayında debüt etdiyi Norveç yığmasının heyətində 37 oyuna 34 qol, 3 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 24 yaşlı norveçli hücumçunun transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndirir. Bu, Halandın dünyanın ən bahalı futbolçusu olduğu deməkdir.

Chosen
36
3
arena.az

10Sources