EN

Estoniya millisinin baş məşqçisi: "Azərbaycan millisi başqa qrupda olsaydı, fərqli nəticə ola bilərdi"

Azərbaycan milli komandası UEFA Millətlər Liqası qrup mərhələsinin 5-ci turu çərçivəsində sabah Qəbələdə Estoniya seçməsini qəbul edəcək.

Apasport.az xəbər verir ki, Estoniya millisinin baş məşqçisi Yurgen Henn matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Uzun səfərin oyuna təsiri ola bilər?

- Xeyr, hər şey yaxşıdır. Planları yaxşı həyata keçirmişik. Qonaqpərvərliyi xüsusi qeyd etmək istəyərdim. Çox yüksək səviyyədə təşkil olunub. Hər zaman olduğu kimi Azərbaycanda hər şey yaxşıdır.

- İlk matçda Azərbaycana qalib gəldiniz. Sizin kimi gənc məşqçi Avropa çempionu olmuş Fernandu Santuşu məğlub etdi. Bu qələbədən sonra Estoniyada sizə münasibət necə oldu?

- Bu haqda heç vaxt düşünməmişik. Önəmli olan komandanın performansıdır. Əlbəttə, Fernandu Santuşa qarşı oynamaq mənim üçün böyük qürur idi.

- Azərbaycanda belə təəssürat var ki, D Liqasına düşsək, faciə olacaq. Bəs Estoniyada fikirlər necədir?

- Məncə, hər yerdə belədir. Hər komanda istəyər ki, daha yüksək liqada çıxış etsin. Aşağı liqaya düşsək, bizdə də faciə sayılacaq. Amma onu da nəzərə alaq ki, digər qruplarla müqayisədə bizim qrup çətin idi. Həm biz, həm də Azərbaycan millisi başqa qrupda olsaydı, fərqli nəticə ola bilərdi. Əvvəl-axır kimsə D Liqasına düşməlidir.

- Az öncə qeyd edildiyi kimi Azərbaycan mətbuatında D Liqasına düşmək faciə hesab olunur. Bu amil sizin lehinizə ola bilər?

- Həm müsbət, həm də mənfi tərəfi ola bilər. Ümid edirik ki, mənfi təsiri olmaz və həyəcan bizə mane olmaz.

Fatih Terim COP29-da çıxış edəcək

"Sabah"ın 6 komandasından qələbə

Elçin Məsiyev Millətlər Liqası matçına təyinat alıb

Millimizin açıq məşqi keçirilib - FOTO

"Neftçi"nin məşqçi və futbolçuları üçün seminar təşkil olunub

Chosen
38
3
apasport.az

5Sources