EN

Azərbaycandasu təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 8% artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2 516,3 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 0,4%-lik azalma deməkdir.

Məlumata görə, hesabat dövründə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 519,3 mln. manat təşkil edib. Bu isə illik müqayisədə 8% artım deməkdir.

Fuad Mədətov
Fins.az

Chosen
12
13
fins.az

10Sources