EN

Cəlal Hüseynov “Lokomotiv”ə qarşı oynadı, 3 xala sevindi

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, bu gün Bolqarıstan çempionatında 2024/2025-ci illər mövsümünün 16-cı turunun oyunları keçirilib.

Azərbaycanlı futbolçunun komandası Plovdiv “Lokomotiv”i ilə qarşılaşıb. Doğma meydanda baş tutan bu oyunda “Arda” qalib gəlib – 4:2.

Hüseynov bu görüşün 89-cu dəqiqəsində meydana buraxılıb.

“Arda” cari mövsümdə keçirdiyi 16 oyunda topladığı 30 xalla 16 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb. Cəlalın komandası bu mövsüm 9 qələbə qazanıb, 3 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 2023-cü ilin iyun ayında 3 illik müqavilə imzalayıb. Azərbaycanlı futbolçu bu komandada 48 rəsmi oyuna çıxıb, 1 qol vurub.

Chosen
6
1
arena.az

5Sources