EN

Axşam yeməyində kartof yeməyin

Yatmazdan əvvəl axşamlar yeyilən bəzi yeməklər şişkinlik, köp, ödemə səbəb olur.

Ölkə.az “Medicina”a istinadən xəbər verir ki, qastroenteroloq Dmitriy Fedulov axşam qadağan olunan ərzaqları açıqlayıb.

“Qarında köp və ağrını paxlalılar verir. Eləcə də nişasta ilə zəngin tərəvəzlər kartof, qarğıdalı şişkinlik yaradır, qanda şəkəri artırır.

Yatmazdan əvvəl bəzi meyvələri də yemək olmaz: banan, üzüm, şirin meyvələr.

Bu qidalar yalnız günün birinci yarısı yeyilməli, əks təsirlərindən qorunmaq üçün fiziki hərəkətdə olmaq lazımdır.

Axşamlar zülal tərkibli yemək, sadə meyvə-tərəvəz qəbul etmək lazımdır.

Sonuncu yemək qəbulu yuxudan ən azı 2 saat əvvəl olmalıdır. Axşam saat 10-da yatmalı
olduğunuzu nəzərə alsaq, yemək qəbulu saat 8-də bitməlidir ki, həzm sistemi yuxuda işləməsin, dincəlsin”.

Chosen
25
9
olke.az

10Sources