EN

Şəkidə məktəbdə təcrübə zamanı müəllim və şagirdlər XƏSARƏT ALDILAR

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bu gün Şəki şəhər Fizika-riyaziyyat və humanitar təmayüllü liseyin kimya kabinetində 11-ci sinifdə keçirilən dərs zamanı sınaq şüşəsi çatlayaraq sınıb.
Oxu.Az xəbər verir ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsindən "Azərbaycan müəllimi"nə bildirilib ki, buna səbəb təcrübə aparılarkən kimyəvi reaksiya ilə əlaqədar olaraq yaranan qızma olub.
Bu zaman fənn müəllimi və 4 şagird yüngül xəsarət alıb.
Dərhal təcili tibbi yardıma müraciət olunub, müəllim və şagirdlərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Chosen
695
1
oxu.az

10Sources