EN

Məktəbdə təcrübə zamanı müəllim və şagirdlər XƏSARƏT ALDILAR

Bu gün Şəki şəhər Fizika-riyaziyyat və humanitar təmayüllü liseyin kimya kabinetində 11-ci sinifdə keçirilən dərs zamanı sınaq şüşəsi çatlayaraq sınıb.

Publika.az xəbər verir ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsindən "Azərbaycan müəllimi"nə bildirilib ki, buna səbəb təcrübə aparılarkən kimyəvi reaksiya ilə əlaqədar olaraq yaranan qızma olub.

Bu zaman fənn müəllimi və 4 şagird yüngül xəsarət alıb.

Chosen
45
35
publika.az

10Sources