Suriya Müvəqqəti Hökumətinin sədri Əbdürrəhman Mustafa “Suriya xalqı öz azadlığını əldə etdi. Bu gün bizim üçün çox xoşbəxt bir gündür” dedi.
Vətəninfo.az xəbər verir ki, Suriya Müvəqqəti Hökumətinin sədri Ə.Mustafa Türkiyə Radio və Televiziya Qurumu – TRT-yə müsahibəsində Suriya xalqının düşərgələrdə və sürgündə belə təslim olmadığını, iradəsini itirmədiyini vurğulayraq söyləyib: “Xalq İran, Hizbullah və Rusiyanın dəstəklədiyi Əsəd hökumətinə qarşı heç vaxt inamını itirmədi. Bu proses Suriya üçün yeni bir doğuş oldu. Heç bir etnik və dini ayrı-seçkilik olmadan yeni Suriyanın qurulması üçün mübarizə aparacağıq”.