EN

Münbiç PKK/YPG-dən tam təmizləndi

Suriya Milli Ordusu (SNA) ABŞ-ın dəstəklədiyi terror təşkilatı PKK/YPG-nin işğalı altında olan Münbic rayonunu azad edərək, Fərat çayının qərbindəki ən böyük terror yuvasını təmizləyib.

Publika.az xəbər verir ki, əməliyyat çərçivəsində SMO Münbiçin qərbindəki Ureyme qəsəbəsi və şimaldakı Um Dadat kəndini terrordan təmizləyərək rayona şimal və qərb xəttindən daxil olaraq nəzarəti ələ keçirib.

Beləliklə, hərbi müxaliflər Fərat çayının qərbindəki ən böyük terrorçu yuvasını dağıdıb.

Hazırda bölgədə minalara qarşı axtarış və yoxlama işləri aparılır.

Chosen
58
22
publika.az

10Sources