EN

Hakan Fidan Quterreşlə Suriyadan danışdı

Türkiyənin xarici işlər naziri Hakan Fidan BMT-nin Baş katibi Antonio Quterreşlə telefon danışığı aparıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “TRT haber” məlumat yayıb.

Məlumata görə, rəsmilər telefon danışığı zamanı Suriya və bölgədəki son vəziyyəti müzakirə ediblər.

Görüş zamanı BMT başda olmaqla beynəlxalq ictimaiyyətin Suriyada nizamlı siyasi keçidin təmin edilməsi, humanitar yardımların çatdırılması və Suriyanın yenidən qurulması üçün atıla biləcək  addımlar barədə fikir mübadiləsi aparılıb.

Chosen
34
23
qafqazinfo.az

10Sources