EN

WSJ: Tramp İranın nüvə obyektlərinə hava zərbələri endirə bilər...

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın komandası Tehranın nüvə silahı hazırlamasının qarşısını almaq üçün İranın nüvə obyektlərinə hərbi zərbələr endirəcəyini istisna etmir...

Poliqon xəbər verir ki, bu barədə Amerikanın “The Wall Street Journal” qəzeti mənbələrə istinadən məlumat yayıb.

“Tramp İranın nüvə silahı istehsal etməsinə mane olmaq variantlarını, o cümlədən qabaqlayıcı hava hücumları ehtimalını nəzərdən keçirir”, deyə nəşr yazır.

Qeyd edilir ki, bu, Tehranı diplomatiya və sanksiyalarla cilovlamaq kimi uzun illər davam edən siyasəti qıracaq addım ola bilər.

WSJ qeyd edir ki, nüvə obyektlərinə zərbə endirmək variantı hazırda Suriyadakı hadisələr fonunda Trampın keçid komandasının bəzi üzvləri tərəfindən daha ciddi şəkildə nəzərdən keçirilir. Qəzetin mənbələri bildiriblər ki, İranın regional mövqelərinin zəifləməsi və son vaxtlar Tehranda nüvə silahı yaratmaq barədə həssas daxili müzakirələrə təkan verib.

Qeyd edək ki, Tramp özü də İranla müharibə ehtimalını istisna etməyib.

Poliqon.info

Chosen
45
50
poliqon.info

10Sources