1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"OpenAI" dünya axtarış sistemləri bazarında "Google"u sıxışdıra bilər. Belə ki, artıq bütün istifadəçilər üçün "ChatGPT" çatbot vasitəsilə internet axtarışı funksiyası işə salınıb. Əvvəllər bu imkan yalnız ödənişli abunəçilər üçün mövcud idi.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə şirkətin saytında xəbər verilib.
Bildirilib ki, axtarışa daxil olmaq üçün xidmətin veb-versiyasında və ya mobil tətbiqdə qeydiyyatdan keçmək, daha sonra "ChatGPT"yə sorğu daxil etmək və "Axtar" düyməsini basmaq lazımdır. Bundan sonra çatbotdan daha ətraflı xülasə almaq və ya axtarışı dəqiqləşdirməyi xahiş etmək olar.
"ChatGPT Search" brauzerdə standart axtarış sistemi kimi təyin edilə bilər, həmçinin çatbot şifahi cavablar verə biləcək.
Qeyd edilir ki, axtarış sisteminin əlçatanlığının genişləndirilməsi "OpenAI"nin 12 günlük elan marafonunun bir hissəsi olub.