Azərbaycan regionlarında ciddi həkim çatışmazlığı var.
Modern.az-ın məlumatına görə, bunu bunu TƏBİB-in icraçı direktorunun müavini Araz Nəsirov bildirib.
O, Bakıda keçirilən “Səhiyyə İdarəçiləri Zirvəsi 2024” tədbirində bu barədə danışıb. Araz Nəsirovun sözlərinə görə, həkimlərin 60-70 faizi son 4-5 ildə Bakıda cəmlənib.
TƏBİB-in icraçı direktorunun müavini problemin həlli yollarından da bəhs edib. O qeyd edib ki, regionlarda bu problemi həll etmək üçün ürək mərkəzləri, onkoloji mərkəzlər yaradılıb və məqsəd səhiyyəni əhali üçün əlçatan olmalıdır.