EN

Bakıda ictimai iaşə dövriyyəsi 15%-dən çox artıb

Bu ilin yanvar-noyabr aylarında Bakıda ictimai iaşə dövriyyəsinin həcmi 1613,3 milyon manat təşkil edib.

Bu barədə "APA-Economics"ə Bakı Statistika İdarəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 15,2% çoxdur.

11 ayda hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 820,6 milyon manat olub ki, bu da ümumi dövriyyənin 50,9%-ni təşkil edib.

Chosen
3
7
apa.az

10Sources