2024-cü ilin yanvar-noyabr aylarında paytaxtda ictimai iaşə dövriyyəsinin həcmi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 15,2 faiz artaraq 1613,3 milyon manat olub.
Bakı Şəhər Statistika İdarəsindən bildirilib ki, hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 820,6 milyon manat olub. Bu, ümumi dövriyyənin 50,9 faizini təşkil edib.