Bakı, 13 dekabr, AZƏRTAC
Cari ilin yanvar-oktyabr aylarında ictimai iaşə dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 11,2 faiz artaraq 1 milyard 268,5 milyon manat olub.
Bakı Şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 741,4 milyon manat olub. Bu, ümumi dövriyyənin 58,5 faizini təşkil edib.