Bu ilin yanvar-noyabr aylarında Bakıda ictimai iaşə dövriyyəsinin həcmi 1 milyard 613,3 milyon manat olub.

İndex.az xəbər verir ki, bu barədə Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 15,2 % çoxdur.

Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 820,6 milyon manat olub. Bu, ümumi dövriyyənin 50,9 %-ini təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 12,3 % artaraq 2 milyard 093,7 milyon manat olub.