Bu ilin yanvar-oktyabr aylarında Bakıda ictimai iaşə dövriyyəsinin həcmi 1 milyard 268,5 milyon manat olub.

İndex.az xəbər verir ki, bu barədə Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 11,2 % çoxdur.

Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 741,4 milyon manat olub. Bu, ümumi dövriyyənin 58,5 %-ini təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 11,1 % artaraq 1 milyard 877 milyon manat olub.