EN

Zelenski ikinci prezidentliyə namizəd olmaq qərarına gəlib

Ukraynanın “Teleqraf” nəşri səlahiyyətləri ötən ilin mayında başa çatan Kiyev rejiminin başçısına yaxın mənbələrə istinadən yazır ki, Vladimir Zelenski qalib gəlmək şansının olduğuna inandığı üçün ikinci müddətə prezidentliyə namizəd olmaq niyyətindədir.

Qəzetin yazdığına görə , Zelenski Ukraynanın Böyük Britaniyadakı səfiri, Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnının prezident seçkilərində iştirakına icazə verilməməsini tələb edir.

Nəşr bu məlumatları təsdiqləyən rəsmi şərhlər vermir.

Rusiya prezidenti Vladimir Putin qeyd edib ki, Zelenskinin legitimliyi məsələsi ciddi təhlil tələb edir, lakin dəqiq olan odur ki, Ukraynada seçkilər hərbi vəziyyət dövründə keçirilməzsə, bu, prezidentlik müddətinin uzadılması demək deyil.

O, vurğulayıb ki, Ukraynada prezident səlahiyyətləri başa çatdıqdan sonra ali hakimiyyət parlamentin spikerinə verilməlidir.

DOĞRU.AZ

Chosen
32
15
dogru.az

10Sources