EN

U-20: Azərbaycan millisi son turda Polşaya da uduzdu

20 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi bu gün Polşada sözügedən ölkənin U-20 yığması ilə qarşılaşıb.

Arena.az xəbər verir ki, komandamız Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatının sonuncu – 4-cü turu çərçivəsində üz-üzə gəldiyi bu rəqibinə məğlub olub.

Qojuv-Velkopolski şəhərində baş tutan oyunda U-20 yığmamız yenə “quru” hesabla uduzub – 0:3 (10:25, 11:25, 11:25).

Xatırladaq ki, Səbuhi Əliyevin baş məşqçisi olduğu komandamız ilk turda Estoniyaya, ardından Ukrayna və Latviyaya da oxşar hesabla uduzmuşdu.

Azərbaycan millisi Polşaya bu heyətlə yollanmışdı:

Oyunçular: Camal Cəlilov, Rəvan Qəhrəmanlı, Camal Quliyev, Oqtay Qasımov, Rəvan Hüseynli, Əziz İsmayılzadə, Nihad Qasımov, Ramiz Bağırov, Səid Əhmədov, Natiq Nəbiyev, Həsən Xəlilov, Kamil Hüseynli, Riyad Həsənov, Zay Hacıyev.
Baş məşqçi: Səbuhi Əliyev.
Məşqçi: Dilqəm Qəhrəmanov.
Menecer: Səbinə Babayeva.
Həkim: Sevinc Nəcəfova.

Yarış AÇ-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.

Chosen
241
3
arena.az

10Sources