EN

İran səfiri Cənubi Qafqaz üçün qeyri-regional dövlətlərin adlarını sadaladı

Regiondankənar qüvvələr dedikdə, okeanın o tayında yerləşən, nəsə baş verərsə, demoqrafik və digər problemlərlə üzləşməyəcək ölkələr nəzərdə tutulur.

Yenisabah.az Armenian News-a istinadla xəbər verir ki, bunu İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sobhani bildirib.

“Onlar xaricdən bura gəlir və bu regionun xalqları üçün qərarlar qəbul etməyə çalışırlar”, - deyə diplomat qeyd edib.

Mehdi Sobhani aydınlaşdırıb ki, söhbət həm də bəzi Avropa ölkələrindəngedir.

O izah edib ki, Ermənistan, Gürcüstan, Azərbaycan, İran, Rusiya və Türkiyə regional ölkələr hesab olunur.

“Rusiyanın Qafqazla sərhədi var, o, qeyri-regional ölkə hesab edilmir”, - deyə səfir əlavə edib.

Yada salaq ki, İran dəfələrlə qeyri-regional ölkələrin Cənubi Qafqaz ölkələrinin işlərinə qarışmasının əleyhinə çıxış edib.


Telegram kanalımız
Chosen
508
50
yenisabah.az

10Sources