EN

Cənubi Qafqazda “balans” pozulub, İran “narahatdır”

Təhlükəsizliyin hazırkı kövrəkliyinin və təhdidedici ritorikanın səbəbi regionda güc balansının pozulması ilə bağlıdır. Biz qəti əminik ki, Cənubi Qafqaz regionunda qüvvələr balansı yaradılmalıdır.

Axar.az xəbər verir ki, bu sözləri aprelin 19-da “Vorotan” beynəlxalq ekspert forumunda İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sübhani deyib.

O əlavə edib ki, Cənubi Qafqaz dünyanın strateji regionlarından biridir:

“Avropa, Asiya və Yaxın Şərqin kəsişməsində yerləşməsi Cənubi Qafqazı həyati geosiyasi mərkəzə çevirir. İran Cənubi Qafqazda sabitliyin, sülhün və təhlükəsizliyin bərqərar olmasının tərəfdarıdır, çünki istənilən qeyri-sabitlik İrana birbaşa təsir edir”.

Chosen
486
50
axar.az

10Sources