EN

Millimizin oyunlarının tarixi müəyyənləşdi

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycanın minifutbol millisinin oyunlarının təqvimi açıqlanıb.

“Football-plus.az” xəbər verir ki, yığmamız ilk oyununu iyunun 2-si, saat 13:00-da Belçika millisinə qarşı keçirəcək.

Komandamızın növbəti görüşü iyunun 3-ü saat 19:00-da İtaliyaya qarşı olacaq

Son olaraq Elşad Qulyevin yetirmələri iyunun 4-ü Fransa ilə qarşılaşacaq. Matçın start fiti saat 19:00-da səslənəcək.

Chosen
140
14
football-plus.az

10Sources