EN

Ukrayna son bir sutkada Putin ordusunun 26 tankını və 1300-ə yaxın əsgərini məhv etdi... - RƏSMİ

Yazını böyüt
Yazını kiçilt

Son 24 saat ərzində -iyunun 8-də Ukrayna Silahlı Qüvvələri işğalçı  Putin ordusunun 1270 əsgərini zərərsizləşdirib.

Hafta.az “UNİAN”-a istinadla xəbər verir ki,  Ukrayna  Silahlı Qüvvələri Baş Qərargahının məlumatına görə, bu gün səhərə olan məlumata görə, 2022-ci il fevralın 24-dən bəri işğalçı Rusiyanın müharibədə itkiləri yarım  milyondan çox - 518 min 560 nəfər təşkil edir. Bundan əlavə, Ukrayna müdafiəçiləri düşmənin çoxlu sayda texnikasını məhv ediblər:

tanklar - 7869 (+26);

zirehli döyüş maşınları - 15131 (+26);

artilleriya sistemləri - 13593 (+60);

YARS(Yaylım Atəşli Reaktiv Sistem) - 1097 (+2);

hava hücumundan müdafiə sistemləri - 836 (+2);

təyyarə - 357 (+0);

helikopterlər - 326 (+0);

əməliyyat-taktiki səviyyəli PUA-lar - 10982 (+37);

qanadlı raketlər - 2277 (+0);

gəmilər/qayıqlar - 28 (+0);

sualtı qayıqlar - 1 (+0);

avtomobil avadanlığı və yük maşınları - 18562 (+78);

xüsusi texnika - 2253 (+5).

(Qeyd: Mötərizədə “+”-la göstərilən rəqəmlər son bir sutkadakı itkiləri göstərir)

Bu cür itkilərə baxmayaraq, düşmən hücumlarını davam etdirir.

Chosen
206
50
hafta.az

10Sources