EN

Naxçıvanda qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 19,1 faiz artıb

Naxçıvanda

Naxçıvan, 11 iyun, AZƏRTAC

Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında 2926 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bunların 2790-ı fiziki şəxs, 136-sı isə hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin eyni dövrü ilə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 19,1 faiz artıb.

AZƏRTAC xəbər verir ki, cari ilin birinci 5 ayında kommersiya qurumlarının 72,3 faizi elektron qaydada, 27,7 faizi isə kağız daşıyıcılar vasitəsilə müraciətlər əsasında uçota alınıb.

Chosen
136
4
azertag.az

10Sources