RU

Günün qoroskopu: Yoluxucu xəstəliklər riski var » AzadMedia.az


 
Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik. 

Qoç - günün ilk yarısında qətiyyətli və iradəli olsanız, ciddi uğurlara nail ola bilərsiniz. İrəliyə doğru hərəkətinizə mane ola biləcək heç nə yoxdur. Ən güclü rəqibi belə, məğlub etmək imkanlarınız var. Yaxın ətrafınızdakı insanlar məsləhətlərinizə qulaq asanacaqlar.

Bu insanlarla sayğılı davranın.

Günün ikinci yarısında mənfi təmayüllərin təsiri güclənir. Pulları ağılla xərcləyin. Gəlir vəd etməyən anlaşma və sövdələşmələri müzakirə etməyin. Yaxınlarınızla münasibətləri korlamayın. Sonradan ümumi dil tapmaq çətin olacaq.
 
Buğa - qeyri-standart və orijinal işlər üçün əlverişli zamandır. Problemlərin həllinə yaradıcı yanaşın. Rutin və yeknəsək işləri yerinə yetirərkən astagəllik etməyin. Orijinal, hətta ekstravaqant olmaqdan qorxmayın. Yaxın ətrafınızdakı insanlar sizi sərt tənqid etməyəcəklər.

Günün ikinci yarısı ünsiyyət üçün münasibdir. Maraqlı görüşlər və yeni tanışlıqlar istisna deyil. Dəvət aldığınız tədbirlərə qatılın. Vaxtınızı sərfəli keçirməklə yanaşı, maraqlarınızı, yaşamın müəyyən sahələrinə baxışlarınızı bölüşən insanlarla qarşılaşa bilərsiniz.

Axşam saatlarında aktiv olun.
 

Əkizlər - səbrli və təmkinli olun. Önəmli qələbələr və sürətli irəliləyişlər vəd edən gün deyil. Niyyətinizə, məqsədinzə çatmaq üçün vaxt gərəkdir. Boş söhbətlərə qatılmayın, yoxlanmamış məlumatları yaymayın. Sözlərinizdə həddən artıq diqqətli olun.

Önəm verdiyiniz insanlarla yaxşı münasibətləri qorumaq üçün ehtiyatlı davranın.

Günün ikinci yarısı yeni tanışlıqlar üçün əlverişli deyil. Yaxın ətrafınızdakı insanlarda özünüzlə bağlı xoş təəssürat yaratmağa çalışın. Olayları dürüst qiymətləndirin. Sevdiyiniz insana vaxt ayırın. Onun dəstəyinizə ehtiyacı var.

Xərçəng - gərgin və fəaliyyət üçün o qədər də münasib zaman deyil. Şəxsi problemləri həll etmək, münasibətləri normallaşdırmaq olar. Yaxınlarınızla təmaslarınızda qayğıkeş olun. Diqqəti işlərə yönəldin. Belədə ciddi səhvlərdən qurtula bilərsiniz.

Diqqətsizlik maliyyə itkiləri yaratmamalıdır. Mənasız və əsassız xərclər istisna deyil.

Günün ikinci yarısında yaşanacaq hadisələrin nəticələri yaxın vaxtlarda hadisələrə təsir edə bilər. Düşünülməmiş addımlar atmayın. Hər addımınızı götür-qoy edin.

Şir - başladığınız işləri nəzərdə tutduğunuz vaxtda bitirmək asan deyil. Geri çəkilməyin, təslim olmayın. İşgüzar danışıqlarda irəliləyişə nail olmaq istəyirsinizsə, diqqətli və həssas davranın. Şəxsi maraqlarınızı peşəkar fəaliyyətdəki məqamlarla qarışdırmayın. Belədə uğur qazanacaqsınız.

Günün ikinci yarısında zahiri görkəminizə xüsusi diqqət verin. Rəğbət bəslədiyiniz insanda özünüzlə bağlı xoş təəssürat yarada bilərsiniz.

Problemlərə stoik yanaşın. Əyləncə və istirahətə çox pul xərcləməyin. Qənaətcil olun.

Qız - qəfil olaylara hazır olsanız, məhsuldar çalışa biləcəksiniz. Planlarda dəyişiklik zərurəti yaranarsa, çaşbaş qalmayın. İşdə həmkarlar və rəhbərliklə münasibətləri normallaşdırın. İşgüzar tərəfdaşların istəklərini qulaqardına vurmayın. Peşəkar fəaliyyət müstəvisində mövqeləriniz daha səbatlı ola bilər.

Günün ikinci yarısı uzunmüddətli anlaşmalar və razılaşmalar üçün pis deyil.

Bütün işlərin öhdəsindən təkbaşına, müstəqil gəlməyə çalışmayın. Dostların təklif etdikləri yardımlardan faydalanmağı unutmayın. Maliyyə fonu yaxşı deyil. Nəzərdə tutulmuş xərcləri təxirə salın.

Tərəzi - müəyyən uğurlara rəğmən gün o qədər də yaxşı deyil. Qələbələrinizi kiçik saya bilərsiniz. Məğlubiyyətlərinizi fəlakət hesab etməyin. Əslində belə deyil. Günün hadisələrini sonradan müzakirə etsəniz, anlayacaqsınız ki, dəyərli, gələcəkdə faydalana biləcəyiniz təcrübə əldə edibsiniz.

Günün ikinci yarısında sənədlərlə çalışmayın, hesabatlar hazırlamayın. Adi günlərdən fərqli olaraq daha çox səhvlərə yol verəcəksiniz.

Yaxın dostlar və ailə üzvləri ilə birlikdə istirahət pis olmayacaq. Təşkilati məsələləri həll edin, bəxtə güvənməyin. Səfər və ya səyahətlərdə diqqətli olun.

Axşam saatları kulinar eksperimentlər üçün pis deyil.

Əqrəb - bu gün başladığınız işdən asılı olmayaraq ehtiyatlı davranın. Çox diqqətli olun. Ən kiçik səhvlər və yanlışlıqlar sonrakı planlarınıza pis təsir edə bilər. Önəmli görüşə yollananda zahiri görkəminizə fikir verin. İstənilən nöqsanlar həmsöhbətinizdə neqativ reaksiya yarada bilər.

Günün ikinci yarısı həddən artıq dəqiqlik tələb edən işləri təxirə salın. Belə işlər çoxlu vaxt və qüvvə tələb edir. Səhhətinizdə problemlər istisna deyil. Daxili gərginlik olacaq. Bunun səbəbi isə problemlərin sayının həddən artıq olmasıdır.

Bədbin olmayın. Pis əhvalınızın öhdəsindən gələ bilərsiniz.

Oxatan - çətin və qarışıq gün olsa da, uğur şansı var. Mövcud situasiyada köklü dəyişikliklər etməyə çalışmayın. Durumdan öz maraqlarınız üçün istifadə edin. Diqqəti cəlb etməyə səy göstərməyin. Uğurlar və irəliləyişləriniz barədə yaxşı tanımadığınız insanlara bəhs etməyin. Kölgədə qalın, gələcəklə bağlı planlar hazırlayın.

Günün ikinci yarısı görüşlər və müzakirələr üçün əlverişli deyil. Naqolay duruma düşərək qarşı tərəfdə özünüzlə bağlı pis təəssürat yaratmayın. Ekstravaqant əşyalar və geyim almayın. Yaxşı seçim edə bilməyəcəksiniz.

Oğlaq - qayğılar və problemlərin az olmadığı gündür. Başqalarının problemlərinin həlli çox vaxt alacaq. Müstəqil çalışa bilməyənlər sizə üz tutacaqlar. Səbrli, təmkinli və soyuqqanlı olun. Situasiyanı araşdırın, sonra işə başlayın.

Günün ikinci yarısında özünüzü qoruyun. İfrat yorğunluq səhhətinizdə ciddi problemlər yarada bilər. Soyuqdəymə, zökəm və yoluxucu xəstəliklər riski var.

Ağır fiziki iş məsləhət deyil.

Axşam saatlarında diqqətli olun.

Dolça - kiçik anlaşılmazlıqlar və problemlər istisna deyil. Buna rəğmən normal gündür. İşdə həmkarlarla dil tapın, rəhbərliyin göstərişlərini yerinə yetirməyə çalışın. İşgüzar məziyyətlərinizi, bilik və bacarıqlarınızı nümayiş etdirin. Karyerada irəliləyişə, maaşın məbləğinin artırılmasına nail ola bilərsiniz.

İndiyədək planlarınızın reallaşdırılmasında dəfələrlə sizə mane olmuş insanlardan günün ikinci yarısında qurtula bilərsiniz.

Günün ikinci yarısı sövdələşmə və anlaşmalar üçün əlverişlidir. Daşınmaz əmlakla bağlı müzakirələrə qatıla bilərsiniz. Ev işləri və məişət qayğıları sizi narahat etməyəcək. Yaxınlarınız, dostlarınız sizə yardım edəcəklər.

Axşam saatlarında aktiv istirahətə üstünlük verin.

Balıqlar - ciddi işlər və önəmli layihə üçün əlverişli gün deyil. Mühüm məsələləri çözmək istəyirsiniz, diqqətli olun. Fəaliyyətinizin az sonrakı mərhələsini təhlil edin. Addımlarınız yanlış olmasın. Mənasız və əsassız həyəcan, aqressivlik üçün üçün heç bir səbəb yoxdur.

Günün ikinci yarısında alış-verişi təxirə salın. Qənaətcil olun. Maliyyə məsələlərində uğursuz qərarlar qəbul etməyin. Kulinar eksperimentlər məsləhət deyil. Rutin işlərlə kifayətlənin.
Избранный
175
50
azadmedia.az

10Источники