İngiltərənin "Brayton" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
"Lids Yunayted" kollektivinin hücumçusu Jorjinyo Ryutter "Brayton"a transfer olunub. Onunla imzalanan müqavilənin müddəti 2028-ci ilin yayınadək nəzərdə tutulub.
Ryutterin keçidi üçün "Brayton" qarşı tərəfə 46,7 milyon avro ödəyib - bu isə klub tarixində yeni rekorddur.
Əlavə edək ki, Ryutter ötən mövsüm 51 oyunda 8 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb.