RU

"Milan"ın yarımmüdafiəçisi "Fiorentina"ya keçib

"Milan"ın yarımmüdafiəçisi Yacine Adli icarə əsasında "Fiorentina"ya keçib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə florensiyalıların rəsmi saytı məlumat yayıb.

Müqavilə 2024/25 mövsümünün sonuna qədər nəzərdə tutulub.

Adli 2021-ci ildən "Milan"da çıxış edir. O, komandanın heyətində 39 oyun keçirib, bir qol vurub və iki məhsuldar ötürmə edib.

Избранный
103
47
operativmm.az

10Источники