"Qarabağ"ın Avropa Liqasının Liqa mərhələsindəki rəqibi olan Rumıniya FCSB klubu yoldaşlıq oyunu keçirib.
Sportinfo.az xəbər verir ki, Rumıniya çempionu "Voluntari" ilə qarşılaşıb.
Matç FCSB klubunun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
“Qarabağ” – FCSB matçı oyunu gələn il yanvarın 23-də keçiriləcək.
Tofiq Bəhramov adına stadionda keçiriləcək matça saat 21:45-də start veriləcək.
FCSB – Voluntari 3:0
Qollar: Valentin Cretu, 6, Baba Alhassan, 36, Marius Stefanesku, 75