RU

Qulaqlıqdan istifadəyə diqqət: Karlığa gətirib çıxarır…

Texnologiyanın inkişafı ilə qulaqlıqdan istifadə nisbətlərində artım müşahidə olunur.

Ucnoqta.az xəbər verir ki, mövzu ilə əlaqədar Qulaq Burun Boğaz Baş Boyun Cərrahiyyəsi Mütəxəssisi Yrd. Dos. Dr. Remzi Tınazlı, araşdırmaların gün ərzində 80 dəqiqə və daha çox qulaqcıqdan istifadə edən yeniyetmələrdə eşitmə itkisi tezliyinin yüzdə 22,3 olduğunu deyib.

Tınazlı həmçinin gündə 80 dəqiqədən çox qulaqcıqdan istifadə edən yeniyetmələrdə eşitmə itkisi riskinin gündə 80 dəqiqədən az qulaqcıq istifadə edənlərə nisbətən 4,7 dəfə yüksək olduğu barədə xəbərdarlıq edib və qulaqlıqlarda səsin neçə faiz artırılması lazım olduğunu bildirib.

Əvvəllər qocalıq xəstəliyi olan daxili qulaq tipi eşitmə itkisinin, əyləncə məqsədilə şəxsi qulaqcıqların şüursuz şəkildə istifadəsi səbəbiylə son zamanlar uşaq və yeniyetmələrdə daha tez-tez müşahidə olunmağa başlayıb. Tınazlı qeyd edib ki, qulaqcıqdan istifadə zamanı daim yüksək səslərə məruz qalma bunda aparıcı rol oynayır.

"Qulaqlıqdan idarə olunan şəkildə istifadə edilməməsi qalıcı eşitmə itkisinə səbəb ola bilər. Ona görə də istifadə etdiyimiz qulaqlıqların səsi və istifadə etdiyimiz vaxt çox önəmlidir".
Mütəxəssis qeyd edir ki, insan qulağı 8 saata qədər 85 desibel səs səviyyəsinə tab gətirə bilər.

Remzi Tınazlı qulaqcıqdan uzun müddət istifadənin gigiyena problemləri və göbələk xəstəliklərinə səbəb ola biləcəyini də bildirib.
Qulaq sağlamlığı üçün nəzərə alınması lazım olan bir çox məqam var: "Qulaq sağlamlığı üçün ilk növbədə səs-küylü mühitlərdən qaçınmaq lazımdır, bu mümkün deyilsə qulaq qoruyucu tıxaclardan istifadə etmək lazımdır. Əgər musiqi qulaqcıqla dinləniləcəksə, qulaqlıqların səsi 60 faizdən çox açılmamalı və fasiləsiz istifadə müddəti bir saatdan çox olmamalıdır”.
Digər orqanlar kimi qulaqlarımız da yorulur və istirahətə ehtiyac duyur. Buna görə də qulaqları qorumaq üçün istirahət fasilələri verilməlidir. Diqqət edilməli olan digər vacib məqam isə qulaqcıqla musiqi dinləyərək yatmamaqdır. Qulaqlıq seçərkən fon səs-küyünü azaldan, musiqini təhlükəsiz səviyyədə ifa edə bilən, yaxşı səs izolyasiyasına malik cihazlara üstünlük verilməlidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
55
5
ucnoqta.az

10Источники