RU

Sağalmaz xəstəliklərdən könüllü sığortaya maraq - 91% ARTIB

Azərbaycanda yanvar-iyul ayları üzrə sağalmaz xəstəliklərdən könüllü sığorta üzrə yığımlar və ödənişlərin həcmi məlum olub.

FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-iyul aylarında bu növ sığorta üzrə yığımlar 2 milyon 654 min manat təşkil edib.

 Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 262 min manat və ya 91% çoxdur.

2023-ci ilin yanvar-iyul aylarında bu göstərici 1 milyon 391 min manat təşkil edib.

Bu  dövrdə bu növ sığorta ödənişləri 185 min  manat təşkil edib ki, bu da illik müqayisədə 170 min manat və ya 11,5 dəfə çoxdur.

Əvvəlki ilin eyni dövründə 16 min manat sığorta ödənişləri edilmişdi.

Hesabat dövründə zərərlilik göstəricisi isə 7% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 6% artıb. 2023-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 1% təşkil edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
41
5
fed.az

6Источники