RU

Cəlal Hüseynov oynadı, “Arda” qələbəni əldən verdi

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Bolqarıstan çempionatında 2024/2025 mövsümünün 12-ci turunun oyunları keçirilib.

Azərbaycanlı futbolçunun komandası bu turda “Çerno More” ilə qarşılaşıb. Səfərdə baş tutan bu oyunda qalib müəyyənləşməyib – 1:1. Hesabı 14-cü dəqiqədə “Arda” açsa da, meydan sahibləri 90+5-ci dəqiqədə vurduqları qolla məğlubiyyətdən xilas olublar.

Hüseynov bu görüşün 69-cu dəqiqəsində meydana buraxılıb.

Xatırladaq ki, Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 2023-cü ilin iyun ayında 3 illik müqavilə imzalayıb. Azərbaycanlı futbolçu bu komandada 42 rəsmi oyuna çıxıb, 1 qol vurub.

“Arda” 8 turdan sonra 11 xalla 16 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.

Избранный
38
1
arena.az

5Источники