RU

Günün ULDUZ FALI: ailədə fikir ayrılığı yarana bilər

Publika.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - müsbət təmayüllərin təsiri güclüdür. Gün uğurlu alınacaq. Faydalı məlumat alacaqsınız. Yenilikləri sürətlə əxz edin, mühüm məsələni unutmayın. Ailədə fikir ayrılıqlarını aradan qaldırın. Çoxdan bəri mövcud olan və sizi narahat edən münaqişəni sonuclandıra bilərsiniz.

Günün ikinci yarısında yaşam potensialınız yüksək olacaq. Ağır fiziki əmək və ya usandırıcı işlə məşğul olsanız belə, ifrat yorğunluq hiss etməyəcəksiniz. Yaxınlarınız yardımlardan imtina etməyəcək, cəsur ideyalarınızı həvəslə dəstəkləyəcəklər.

Buğa - önəmli qərarlar və mühüm işlər üçün əlverişli gün deyil. Şərtlər o qədər yaxşı deyil. Daha münasib situasiyanın formalaşacağı anı gözləyin. Düşünülməmiş addımlar atmayın, tələskənliyə yol verməyin. Dostlar və ya yaxınlarınızdan biri ilə bağlı məlumat sizi narahat edə bilər.

Günün ikinci yarısında vəziyyət daha da ağırlaşa bilər. Aktiv olun, yanlış istiqamətdə olan prosesə dərhal müdaxilə edin.

Səhhətinizdə problemlər istisna deyil. Özünüzü qoruyun. Sağlam qidalanmaya üstünlük verin. Zərərli vərdişlərdən imtina etməyə cəhd göstərməyə cəhd göstərin. Səfər uğurlu olacaq, amma baha başa gələcək.

Əkizlər - çətin gündür. Bir qədər əvvəl yaranmış problemlər təcili, təxirəsalınmaz həllini tələb edir. İşdə yaranmış ağır situasiyanı çözmək üçün alternativ variantlardan yararlanmağı çalışın.

Vaxtınızı mənasız işlərə sərf etməyin.

Günün ikinci yarısında yaxınlarınızın yardımları irəliləyişinizə təkan verəcək. Yaşam potensialınızın səviyyəsi yüksəkdir. Səhhətinizdə problemlər olmayacaq. Axşam saatlarına yaxın emosional fonun stabilliyi pozulacaq. Əhvalınız dəyişəcək.

Xərçəng - çətinliklər istisna deyil. Müsbət təmayüllərin təsiri güclənəcək. Gün mahiyyət etibarilə pis deyil. Fəaliyyət planını hazırlayın. Ən kiçik detalları və xırdalıqları, təfərrüatları nəzərə alın. Yeni işlərə başlayın.

Günün ikinci yarısında yeni müttəfiq və ya tərəfdaşla çalışmaq daha ciddi uğura nail olmağa imkan verəcək.

Xoş sürprizlər, qəfil görüş və tanışlıq istisna deyil. Yaxın ətrafınızdakı insanların əhvalını pozmayın. Nikbin olun.

Şir - bütün mühüm işləri günün ilk yarısında bitirməyə can atın. Məhz bu zaman daha məhsuldar və uğurlu olacaq. Rəğbət bəslədiyiniz tərəfdaşlarla müzakirələr aparmaq, yeni layihəni təhlil etmək mümkündür. İşgüzar məqamları şəxsi münasibətlərə qatmayın.

Günün ikinci yarısında ailədə fikir ayrılığı yarana bilər. Yaşlı qohumların xətrinə dəyməyin. Axşam saatlarını açıq havada istirahətə həsr edin.

Özünüzü yormayın.

Qız - yeni layihəyə başlamaq üçün potensial tərəfdaşlarla danışıqlara başlaya bilərsiniz. Həmin şəxslərdə özünüzlə bağlı müsbət rəy yaratmağa çalışın. Yaxınlarınızla dil tapın. Xoş sürprizlər istisna deyil. Alış-verişdə çox pul xərcləməyin. Gəlirlər istisna deyil.

Günün ikinci yarısında maliyyə fonu stabil deyil. Dəyərli saydığınız əşyanın itməsi və ya hər gün istifadə etdiyiniz avadanlıq, texnikanın sıradan çıxması ehtimalı var.

Axşam saatlarında səfər və ya gəzintiyə çıxmaq olar.

Tərəzi - önəmli hadisələr və köklü dəyişikliklər vəd etməyən gündür. Əhvalınız pis olmayacaq. Nigaran qalmayın. Saatlar keçdikcə sizə maraqlı gələcək iş və ya məşğuliyyət tapın. İdeya və ya niyyətləriniz yaxın ətrafınızdakı insanları da maraqlandıra bilər. Birgə fəaliyyət və təmərküzləşmiş səylər parlaq nəticələrlə sonuclanacaq.

Избранный
184
2
publika.az

10Источники