RU

Dubayda uçan taksilər istifadəyə veriləcək

Müəllif:Ayşən İmanova/Banco.az

2026-cı ilin birinci rübündə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində uçan taksilər istifadəyə veriləcək.

Banco.az xəbər verir ki, bunu Dubayın nəqliyyat və avtomobil yolları idarəsinin (RTA) nəqliyyat texnologiyaları departamentinin direktoru Xalid Əl Avadi deyib.

“2026-cı ilin birinci rübündə uçan taksi xidmətini işə salmaq planımız var. Hazırda ABŞ-nin “Joby Aviation” kompaniyası ilə avtomobilin sınaqları və sertifikatlaşdırılması üzərində işləyirik. Eyni zamanda, Böyük Britaniyanın “Skyports” kompaniyası ilə birlikdə “şaquli liman” stansiyasının layihələndirilməsinə başlayırıq”, - deyə o bildirib.

Onun sözlərinə görə, Dubayda taksilər üçün “dörd şaquli” hava limanının tikintisi planlaşdırılır. Onlardan ikisi 2026-cı ilin əvvəlində istifadəyə veriləcək.

Xalid Əl Avadinin qeyd etdiyi kimi, hava taksi xidmətlərinin qiyməti təxminən limuzin icarəsi ilə eyni olacaq və o, adi helikopterlərdən istifadə etməkdən daha ucuz olacaq.

Digər bir yenilik isə “General Motors” ilə birgə hazırlanan pilotsuz taksilər olacaq. Xalid Əl Avadi qeyd edib ki, onlar Dubayda 2025-ci ildə fəaliyyətə başlayacaq. Hazırda pilotsuz taksilər sınaq mərhələsindədir.

Ən sərfəli kredit üçün müraciət et

Избранный
16
14
banco.az

10Источники