RU

Kuba BRICS-də tərəfdaş statusu almaq üçün müraciət edib

Kuba artıq BRICS ilə tərəfdaş statusu almaq üçün rəsmi ərizə göndərib...

Poliqon xəbər verir ki, bunu TASS Agentliyinə müsahibəsində Rusiyanın Havanadakı səfiri Viktor Koronelli deyib.

“Kuba BRICS assosiasiyasının işinə qoşulmaqda maraqlıdır. Üstəlik, Rusiya bu il BRİKS-ə sədrlik etdiyi üçün onlar artıq Rusiya tərəfinə tərəfdaş statusu almaq üçün rəsmi ərizə təqdim ediblər”, deyə diplomat qeyd edib:

Koronelli həmçinin Kuba Prezidenti Migel Diaz-Kanelin BRİKS sammitinin genişləndirilmiş yardım/BRICS plus formatlı iclasında iştirak etmək üçün dəvətinin olduğunu təsdiqləyib.

“Kuba prezidentinin dəvəti var, biz onu oktyabrın 22-dən 24-dək Kazanda gözləyirik”, deyə Koronelli qeyd edub.

Rusiyanın Havanadakı səfiri xatırladıb ki, bu il Kuba nümayəndələri BRİKS çərçivəsində geniş tərkibdə keçirilən bir sıra multidissiplinar tədbirlərdə iştirak ediblər.

Poliqon.info

Избранный
167
2
poliqon.info

10Источники