RU

Saatlıda ağır qəza baş verib - YARALILAR var

Saatlıda ağır qəza baş verib - YARALILAR var

"Report"un Aran bürosunun məlumatına görə, Saatlı rayonunda yük maşını minik avtomobili ilə toqquşub.

hadisə rayonun Əlisoltanlı kəndi qeydə alınıb.

Belə ki, "Mercedes-Benz" markalı qoşqulu yük maşını ilə VAZ-2109 minik avtomobili toqquşub, nəticədə hər iki nəqliyyat vasitəsi yolun kənarına aşıb.

Hadisə zamanı Saatlı rayon sakinləri, 1961-ci il təvəllüdlü Xaqani Firudin oğlu Nuriyev və 1991-ci il təvəllüdlü Şamxal Münasib oğlu İmanquliyev müxtəlif dərəcəli xəsarətlər alıblar.

Hər iki şəxs Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Mənbə: oxu.az

Избранный
897
3
oxu.az

10Источники