RU

Qazaxıstanda ölkənin ən uzun körpüsü açılıb

Şərqi Qazaxıstan vilayətindəki Buxtarma su anbarı üzərindən ölkənin ən uzun körpüsü açılıb.

AZƏRTAC Qazaxıstan Respublikası Baş nazirinin rəsmi informasiya resursuna istinadla xəbər verir ki, layihə altı rayonu Kurçumski, Ulken Narın, Markakolski, Katon-Qaraqayi, Tarbaqatay və Zaysanı birləşdirir.

Uzunluğu 1316 metr olan ikizolaqlı avtomobil körpüsü hər gün 80 minə qədər avtomobili daşımaq qabiliyyətinə malikdir. Keçidə 18 kilometrlik yeni yol birləşdirilib. Layihə qabaqcıl mühəndis texnologiyalarından istifadə etməklə və bütün keyfiyyət standartlarına uyğun olaraq həyata keçirilib.

Baş nazir Oljas Bektenov regionun sakinləri ilə görüşündə qeyd edib ki, layihənin həyata keçirilməsi avtomobillərin ilboyu təhlükəsiz hərəkətini təmin edəcək, Şərqi Qazaxıstanın sosial-iqtisadi inkişafına təkan verəcək və ölkənin nəqliyyat-logistika sənayesinin tərəqqisinə müsbət təsir göstərəcək.

Şərqi Qazaxıstan mühüm nəqliyyat dəhlizlərinin keçdiyi strateji regiondur. Buxtarma su anbarı üzərindən keçən körpü logistika marşrutlarını yaxşılaşdıracaq və sərhədyanı ölkələrlə fasiləsiz əlaqəni təmin edəcək.

Избранный
63
50
yeniazerbaycan.com

10Источники