RU

Masazırda paytaxt derbisi, Bayılda autsayderlərin dueli... - YENİLƏNİR

Bu gün və sabah keçiriləcək oyunlarla Misli premyer-liqasında 11-ci tura yekun vurulacaq.

Stadiona yollana bilməyəcək azarkeşlər matçları həmişə olduğu kimi, "CBC Sport"un efirində izləmək imkanına malikdi.

Misli premyer-liqası
2-ci dövrə, 11-ci tur
26 oktyabr
Araz-Naxçıvan - Zirə

"Araz-Naxçıvan"ın bu rəqiblə ev oyunlarının balansı: 2:+1=0-1, 1:3.
2023/24 - 1:0, 0:3.
Cəzalı: yoxdu.
"Futbol+"in proqnozu: 30-30-40.
Hakimlər: ƏLİYAR AĞAYEV, Zeynal Zeynalov, Akif Əmirəli, Əkbər Əhmədov.
VAR hakimi: İnqilab Məmmədov.
VAR hakiminin köməkçisi: Namik Hüseynov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Bakı, "Liv Bona Dea Arena". Saat 16.00.

“Araz-Naxçıvan” bir oyun az keçirməsinə baxmayaraq, “avrokubok zonası”ndakı yerini qoruyur. Elmar Baxşıyevin komandası oyunuyla hər dəfə göz oxşamasa da, lazım olan nəticəni əldə edir. Bunu növbəti dəfə də bacarıb-bacarmayacaqları isə ciddi sual altındadı. Ona görə ki, rəqib “Zirə”di. Belədə Muxtar Respublika təmsilçisi qələbə uğrunda daha çox tər tökməlidi. Komandanın ev oyunlarında azarkeşləri tərəfindən lazımi qədər dəstəklənmədiyini nəzərə alsaq, “doğma divarlar” amili bir o qədər işə yaramayacaq. Yəni matçın taleyi bilavasitə futbolçuların əzmkarlığından asılıdı. “Qartallar” da Mərdəkana üç xal qazanmaq üçün yollanacaq. Rəşad Sadıqovun komandası ilk “dördlük”dən qopmaq niyyətində deyil. Bu üzdən bizi maraqlı oyunun gözlədiyini deyə bilərik. Azı ona görə ki, həm “Araz-Naxçıvan”ın, həm də “Zirə”nin bacarıqlı “qol silahları” var. Həmçinin qonaqlar meydan sahiblərinin 8 oyunluq məğlubiyyətsizlik seriyasının olduğunu unutmamalıdı.

Bu komandalar indiyə qədər 4 dəfə üz-üzə gəlib. Bunların 2-də “qırmızı-ağlar”, 1-də “qartallar” qələbə qazanıb, 1-də isə “sülh” qeydə alınıb. Topların nisbətində qəsəbə təmsilçisi üstündü – 3:2.

Səbail – Sumqayıt
“Səbail”in bu rəqiblə ev oyunlarının balansı: 13:+4=2-7, 8:14.
2017/18 – 0:2, 0:1; 2018/19 – 2:0, 0:0; 2019/20 – 0:2; 2020/21 – 2:1, 0:1; 2021/22 – 1:0, 1:1; 2022/23 – 1:0, 0:1; 2023/24 – 1:4, 0:1.
Cəzalı: yoxdu.
"Futbol+"in proqnozu: 40-30-30.
Hakimlər: FƏRİD HACIYEV, Eyyub İbrahimov, Şirmamed Mamedov, Elvin Bayramov.
VAR hakimi: Rauf Cabbarov.
VAR hakiminin köməkçisi: Kamran Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Bakı, "ASCO Arena". Saat 18.30.

Bu matçda qonşu pillələrdə qərarlaşanlar, mövsümə uğursuz başlayanlar, qısası, “Səbail”lə “Sumqayıt” qarşılaşacaq. Bayıl təmsilçisi çempionatın baxımlı oyun sərgiləyən komandalarından olsa da, bunu nəticəyə köçürə bilmir. Bu gedişlə Şahin Diniyev verdiyi sözü tuta bilməyəcək. Söhbət “autsayderlər sırasında olan “Səbail” görməyəcəksiz” ifadəsindən gedir. Hər halda, “dənizçilər” toparlanmalı və mövqeyini yaxşılaşdırmalıdı. Sumqayıtlılar inciməsin, amma “kimyaçılar” bu məqsəd üçün ideal rəqibdi. Ona görə ki, “gənclik şəhəri”nin təmsilçisi mövsümün əvvəlindən bəri hökm sürən xaosdan xilas ola bilməyib. Vaqif Cavadovun gəlişindən sonra ab-havanın nə dərəcədə dəyişdiyini bilmirik. O bəllidi ki, mütəxəssis debüt oyununda uduzdu və ikinci cəhddə komandasını qələbəyə kökləməlidi. Komandaların son 5 qarşılaşmasında “Səbail” uduzub. Qonaqlar məhz bu məqamdan motivasiya mənbəyi kimi yararlana bilər.

Ümumiyyətlə, bu komandalar indiyə qədər 27 dəfə qarşılaşıb. Bunların 8-də “dənizçilər”, 16-da “kimyaçılar” qalib gəlib. 8 oyunda hərəyə bir xal düşüb. Topların nisbətində “Sumqayıt” öndədi – 37:21.

27 oktyabr
Sabah – Neftçi

“Sabah”ın bu rəqiblə ev oyunlarının balansı: 11:+2=3-6, 9:15.
2018/19 – 1:2, 0:2; 2019/20 – 0:2; 2020/21 – 0:2, 2:2; 2021/22 – 1:2, 0:1; 2022/23 – 2:1, 2:0; 2023/24 – 1:1, 0:0.
Cəzalı: Edvin Kuç (Neftçi).
"Futbol+"in proqnozu: 40-30-30.
Hakimlər: TURAL QURBANOV, Rəhman İmami, Zöhrab Abbasov, Əli Əliyev.
VAR hakimi: Rəşad Əhmədov.
VAR hakiminin köməkçisi: Asiman Əzizli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elçin Mehdiyev.
Bakı, "Bank Respublika Arena". Saat 17.00.

Masazırda paytaxt derbisinə şahidlik edəcəyik. 1-ci dövrədə xeyli xal itirən “Sabah” 10-cu turda uzatma dəqiqələrində buraxılan qol üzündən qələbəni əldən verdi. Daha doğrusu, “Zirə” ilə “sülh”ə razılaşdı. Bəllidi ki, “bayquşlar”ın müdafiə xəttində problemlər davam edir və bu, komandaya baha başa gəlir. Krunoslav Renduliç də çatışmazlığın əlində aciz qalıb. Belədə “Neftçi” həmin boşluqlar sayəsində istəyinə çata bilər. Samir Abasov komandasını meydana çıxardığı ilk oyunda “Səbail”i məğlub etməyi bacardı. Məqsəd avrokuboklara vəsiqə qazanmaqdısa,iddialı rəqiblərdən sayılan “tələbələr”ə qalib gəlmək mütləqdi. Maraqlıdı ki, “Sabah” “Neftçi”yə qarşı keçirdiyi son 5 oyunda uduzmayıb. “Ağ-qaralar” isə son 4 oyunda qol vura bilməyib.

Ümumiyyətlə, bu komandalar indiyə qədər 24 dəfə qarşılaşıb. Bunların 7-də “Sabah”, 13-də “Neftçi” qələbə qazanıb, 4-də qalib müəyyənləşməyib. Topların nisbətində“Neftçi” öndədi – 33:20.

Qarabağ – Şamaxı
"Qarabağ"ın bu rəqiblə ev oyunlarının balansı: 36:+23=9-4, 68:19.
1999/2000 - 2:0; 2000/01 - 3:0; 2001/02 - 1:2; 2002/03 - 3:1; 2004/05 - 3:1; 2005/06 - 1:0; 2006/07 - 0:1; 2007/08 - 0:1; 2008/09 - 1:1; 2009/10 - 1:1, 1:1; 2010/11 - 1:0, 1:0; 2011/12 - 1:0, 1:0; 2012/13 - 0:0, 3:2; 2013/14 - 2:0, 4:1; 2014/15 - 0:0, 0:0; 2015/16 - 1:0, 2:0; 2016/17 - 0:0, 0:1; 2017/18 - 1:0, 1:1; 2018/19 - 5:1, 3:0; 2019/20 - 2:2; 2020/21 - 6:1, 2:0; 2021/22 - 1:0, 8:0; 2022/23 - 4:0, 3:1.
Cəzalı: yoxdu.
"Futbol+"in proqnozu: 50-20-30.
Hakimlər: CAVİD CƏLİLOV, Namik Hüseynov, Müslüm Əliyev, Nicat İsmayıllı.
VAR hakimi: Elçin Məsiyev.
VAR hakiminin köməkçisi: Pərvin Talıbov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu. Saat 19.00.

“Qarabağ” premyer-liqadakı yoluna uğurla davam edir. “Köhlən atlar” meydandadısa, başqa favoritdən söhbət gedə bilməz. Bu dəfə də elədi. Lakin “Ayaks”a uduzan ağdamlılar ruh düşkünlüyü yaşasa, rəqibin şansları artacaq. O başqa məsələ ki, komanda bu baxımdan xeyli təcrübə toplayıb. Bəli, “Qarabağ” meydana məhz qələbə üçün çıxacaq. Ona görə ki, “Turan Tovuz” və “Araz-Naxçıvan” kimi rəqiblərinin nəfəsini kürəyində hiss edir. “Şamaxı”ya gəlincə, deyəsən, Ayxan Abbasovun vaxtilə dediyi sözlər reallığa çevrilir. Heyət çatışmazlığını qabardan mütəxəssis son iki oyunda uduzandan sonra zədəlilərlə cəzalıların çoxluğunu dilə gətirib. “Şirlər” hadisələrin axarına müdaxilə etməsə, sürpriz komanda statusunu itirib premyer-liqanı tərk etməyə namizədlər sırasına qoşulacaq. Onların son 19 oyunda “Qarabağ”a qalib gələ bilmədiyini vurğulamalıyıq.

Bu komandalar indiyə qədər 74 dəfə qarşılaşıb. Bunların 37-də “köhlən atlar”, 13-də “şirlər” qələbə qazanıb, 24-də hərəyə bir xal düşüb. Topların nisbətində ağdamlılar öndədi – 104:44.

1. Qarabağ 9 8 0 1 25-6 24
2. Turan Tovuz 11 7 3 1 18-9 24
3. Araz-Naxçıvan 9 6 2 1 12-9 20
4. Zirə 9 5 1 3 15-7 16
5. Sabah 10 4 4 2 20-16 16
6. Şamaxı 9 3 3 3 8-8 12
7. Neftçi 10 1 5 4 9-16 8
8. Səbail 10 2 1 7 15-20 7
9. Sumqayıt 10 2 1 7 8-15 7
10. Kəpəz 11 1 0 10 7-31 3

Bombardirlər: Cesse Sekidika – 6, Coy-Lens Mikels – 5 (hər ikisi “Sabah”).

KƏNAN BAHADIR

Избранный
30
3
football-plus.az

7Источники