RU

“Orban Aİ-ni təmsil etdiyini desəydi, bu, özbaşınalıq və həyasız yalan olardı”

Avropa İttifaqı (Aİ), Macarıstanın baş naziri Viktor Orbanın Gürcüstana səfər etmə niyyətini şərh edərkən, bu səfərin onun şəxsi təşəbbüsü kimi qəbul edilməli olduğunu bildirib.

Qaynarinfo xəbər verir ki, bu barədə Politico-ya danışan anonim bir Avropa diplomatı deyib.

Nəşrin həmsöhbətinin sözlərinə görə, Macarıstan baş nazirinin Gürcüstana səfəri "Orbanın növbəti fərdi təşəbbüsü" kimi başa düşülməlidir. O, bu səfəri millət adına edir və Şuranın sədri kimi Avropa İttifaqı adından xarici dünyaya çıxış etmir.

Diplomat əlavə edib ki, Orban səfər zamanı Aİ-ni təmsil etdiyini desəydi, "bu, özbaşınalıq və həyasız yalan olardı".

Macarıstan hökumətinin sözçüsü Zoltan Kovaç X (Twitter) sosial şəbəkəsində "rəsmi səfərin" Gürcüstanın xahişi ilə təşkil edildiyini yazıb.

Orbana səfərdə Macarıstanın xarici işlər naziri Peter Siyarto, iqtisadiyyat naziri Marton Nad və maliyyə naziri Mihali Varqa yoldaşlıq edəcəklər.

Bazar ertəsi, Gürcüstanda həm avropayönümlü müxalifət, həm də iqtidar partiyasının öz qələbələrini bəyan etməsindən sonra, Orbanın Gürcüstana səfər etməyi planlaşdırdığı məlum olub.

"Gürcü Arzusu" partiyası seçkilərdə qalib gəldiyini açıqlayıb. Bununla belə, avropayönümlü müxalifət seçkilərin saxtalaşdırıldığını iddia edir. Beynəlxalq müşahidəçilər də seçicilərə təzyiq və təhdid hallarına diqqət çəkiblər.

Müxalifət partiyaları bazar günü səhər tezdən bəyan ediblər ki, nəticələri tanımırlar, çünki "Gürcü Arzusu" partiyası bu seçkiləri "oğurlayıb" və etirazlara çağırıblar.

Alpər
Избранный
27
5
qaynarinfo.az

8Источники