Bakı. Trend:
8 Noyabr - Zəfər Günü münasibətilə Bakının müxtəlif küçə vəprospektlərində hərbi orkestrlərin müşayiəti ilə hərbiqulluqçuların yürüşləri keçirilir.
Trend-inməlumatına görə, yürüşlərdən öncə Azərbaycan Respublikasının DövlətHimni səsləndirilib.
Qeyd edək ki, hərbi yürüş beş marşrut üzrə keçiriləcək:
1-ci yürüş - saat 10.00-12.00, Heydər Əliyev sarayı-Nizami kinoMərkəzi – Neftçilər Prospekti – Azadlıq meydanı – Amay;
2-ci yürüş – saat 10.00-12.00, Şəhidlər Xiyabanı – AlovQüllələri – İçərişəhər metrosu – Qala Qapısı – Kukla teatrı –Azneft dairəsi – Bəhram Gür heykəli;
3-cü yürüş – saat 10.00-12.00, Musabəyov parkı - Əbdürrəhim bəyHaqverdiyev küçəsi, Hüseyn Cavid prospekti – Parlament prospekti –Şəhidlər Xiyabanı;
4-cü yürüş - saat 10.00-12.00, Olimpik Star – Səməd Vurğunküçəsi – Zabitlər parkı – Sirk – Heydər Əliyev Sarayı – Nəsimiheykəli – Neftçilər prospekti;
5-ci yürüş - saat 10.00-12.00, Nərimanov heykəli – Mərkəzi Park– Milli Dram Teatrı – Qış Parkı – Heydər Əliyev Sarayı – MərkəziBankı – 28 MALL.
Bundan əlavə, Gəncə, Xankəndi, Şuşa və Laçın şəhərlərində dəhərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşlərikeçirilir.